Bulvarda dənizdə batan şəxsin meyiti tapılıb

15.04.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 14-də Dənizkənarı Milli Park yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1 nəfərin axtarışları yekunlaşıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью