Bulvarda dənizdən 20 yaşlı qızın meyiti tapıldı YENİLƏNİB

10.06.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı bulvarında dənizə düşən şəxsin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, onun 18-20 yaşlarında qadın olduğu məlum olub. Hadisə gecə saat 2 radələrində qeydə alınıb.

Mərhumun meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

***
09:01

Xəzər dənizində meyit aşkarlanıb.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью