Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı Fotolar

08.12.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью