Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı bulvarında dənizə düşən şəxs xilas edilib.
Redaktor.az xəbər verir ki, hadisə iyunun 7-si saat 02 radələrində baş verib.
Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nurlan Babayev Dənizkənarı Milli Parkda dənizə düşüb.
Boğulmaq təhlükəsi ilə üzləşən gənci ərazidəki polis əməkdaşları xilas edərək sudan çıxarıb. O, aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır (Qafqazinfo).