Bulvarda keçirilməsi planlaşdırılan konsertlər TƏXİRƏ SALINDI FOTO

27.04.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dənizkənarı Milli Parkda keçirilən Caz və Şərab Festivalı çərçivəsində 27, 28 və 29 aprel tarixlərinə planlaşdırılan axşam konsertləri təxirə salınıb.
Bu barədə Bizim.Media-ya Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
Bildirilib ki, buna hava şəraitinin kəskin dəyişməsi və güclü külək səbəb olub.
Qeyd edilib ki, festival çərçivəsində təşkil olunan yarmarka isə öz fəaliyyətini davam etdirir. Bu tarixlərə olan biletlərin geri qaytarılacağı, biletləri başqa tarixlərə dəyişdirməyin mümkün olacağı vurğulanıb.

Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью