Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçiriləcək

29.05.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 6-7-də Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, “Classics & Supercars” festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.

İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək.

Avtomobillər “Klassik avtomobillər zonası”, “Supercar zonası” və “İdman avtomobilləri” zonasında nümayiş olunacaq.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.

Sərgidə avtomobilləri ilə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına və ya (+99450) 295 01 00 mobil nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Ziyarətçilərin tədbirə girişi sərbəstdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью