Icma.az, Metbuat portalına istinadən məlumat verir. İqlim deyiləndə niyəsə ilk ağlıma gələn, “11 iqlim qurşağından 9-u Azərbaycandadır” cüml
Məktəb illərindən eşitdiyimiz bu “fakt”ın yanlış olduğunu çox sonralar öyrəndik. Öyrəndik ki, dünyada 11 yox, 13 iqlim qurşağı var.
Azərbaycanda isə bu iqlim qurşaqlarından yalnız ikisi mövcuddur. Bunların da daxilində 8 iqlim tipi var.
İndi Yasamalda oturub bu sadə həqiqətləri yazarkən, məndən təxminən 11 kilometr məsafədə bütün dünya iqlimlə bağlı qəliz həqiqətləri müzakirə edir.
“Koroğlu”nun düz yanında bütün dünyanın kor olduğu məsələlər göz önünə sərilib. Əslində illərdir görürük, eşidirik, danışırıq.
Amma həm də “üç meymun” kimi özümüzü görməzliyə, eşitməzliyə və danışmazlığa qoymuşuq.
Artıq bir neçə gündür dünyanın ekoloji problemlərini anlayan, bilən hər kəs COP29-un işığına yığışıb.
Təəssüf ki, bu işıqdan kənarda qalıb qaranlığı seçənlər də var.