Bulvardakı konsertdə söyüş söyən reper saxlanıldı Foto

16.07.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Bakı bulvarındakı tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.

Aslan Vəliyev

Sözügedən tədbirdən foto


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью