Bun görə İrana imkan verə bilmərik ki... İsrail generalı

20.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Biz İrana nə nüvə silahı, nə də ballistik raketlər əldə etməyə imkan verəcəyik.

Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin brifinqdə deyib.

“Biz hərbi əməliyyata bu səbəbdən başlamışıq. İranın nüvə silahı və ballistik raketlərə sahib olmasına imkan verə bilmərik. Bu, İsrail üçün bir təhdiddir. Ona görə də mövcud təhlükənin aradan qaldırılması üçün bütün tədbirlər görüləcək”, - E.Defrin qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью