“Buna ancaq bir irançıerməniçi sevinməyə bilər” Deputatdan sərt sözlər Yeni Sabah | Icma.a…
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Media həqiqətən həm milli təəssübkeşliyin və həm də antimilli şərəfsizliyin barometridir.
Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir: Azərbaycan dövlətinə qarşı hazırlanmış layihələri icra etmək, insanların sosial narazılıq simptomları üzərindən dövlətə yönəlik etimadsızlıq aurası yaratmaq”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
O, bildirib ki, onların paylaşdığı məlumatlar üzərindən rəy yazanların xeyli hissəsi tipik bir erməni nifrəti ilə Azərbaycana və Azərbaycan adına görülən faydalı işlərə yanaşırlar: “Bu artıq sosial narazılıq kimi anlaşılmamalıdır, bu özündə vətəndaşılığımız daşıyan bir kəsimin yeni erməniçilik dalğası kimi araşdırılmalıdır.
Diqqət yetirin, məşhur futbolçu Ronaldinyo Azərbaycana gəlib, bunun müsbət tərəfləri ilə bağlı tərəfimizdən şərh verilib, bu gəlişin COP-29 zamanı ölkəmizin turizm potensialına fayda gətirəcəyini söyləmişik.
Həm Meydan TV, həm də Toplum TV bunu məqsədyönlü şəkildə müzakirəyə çıxarıb və təhqiramiz rəylərin yazılmasına imkan yaradıb.
Olsun, onsuz da mən illərdir həm Milli, həm də Anti-Milli Danabaşizmə qarşı açıq mübarizə aparıram və bunlara da həmin epizodlardan biri kimi yanaşıram.
Tam oxu
Xəbəri oxu