Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrda Moskvada Rusiya Energetika Həftəsi Beynəlxalq Forumu çərçivəsində “3+3” Regional Əməkdaşlıq Platformasının enerji əməkdaşlığı məsələləri üzrə ilk görüşünün keçirilməsi planlaşdırılır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin bildirib.
Kaluqin platformaya daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının keçiriləcəyi yeri Azərbaycan və Ermənistanın müəyyənləşdirməli olduğunu bildirib:
“3+3” platformasına daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının harada keçiriləcəyinə indi Bakı və İrəvan qərar verməlidir. Tərəfdaşlara lazımi dəstəyi göstərməyə hazırıq”.