Buna baxanda ustadlarımdan utanıram

06.05.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Müğənni Ayşən Mehdiyeva sosial şəbəkə profilindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Gün ortası" proqramında instaqramda ancaq tədbirlərdən çıxışlarını yayımladığını bildirib. O qeyd edib ki, toy məclislərinə getmir:

"Sənətlə bağlı çox şey var. Mən məclisə getmirəm. Dövlət tədbirlərində, xarici səfərlərdə, konsertlərdə oluram. Bu yöndən işimi reklam edirəm. Musiqi zövqünə gəldikdə isə: insan özünə necə hörmət edirsə, musiqiyə də elə hörmət edir. Bizə də mahnılar təqdim edilir. Amma bəlli sənət yolumuz var, Muğam Müsabiqəsindən keçmişəm, təhsil alıb, magistratura oxumuşam, ustadım var. Verilən mahnıya baxıram və ustadlarımdan utanıram. Hər kəs özünə yaraşanı ifa edir".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью