“Buna dünya təcrübəsində rast gəlinməyib” Qüdrət Həsənquliyev

21.06.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Elektroenergetika haqqında” qanunun 13.2-ci maddəsinin qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanlarına həvalə etmək olmaz. Ona görə ki, müvafiq icra hakimiyyəti orqanı tutaq ki, 5-10 il o müddəti müəyyənləşdirməyə bilər. Əslində qanunda qanunun qüvvəyə minmə müddəti göstərilməlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Elektroenergetika haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Əgər müvafiq icra hakimiyyəti qanunda göstərilən müddət ərzində öz vəzifələrini yerinə yetirə, qanunun tətbiqini həyata keçirə bilmirsə, o zaman müraciət edə bilər ki, müddət artırılsın. Amma bütövlükdə bu səlahiyyətin müvafiq icra hakimiyyətinə verilməsi dünya təcrübəsində rast gəlinməyən bir hadisədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью