Buna görə Bakının rolu Avropa İttifaqı üçün alternativsizdir Şərh

23.01.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Qlobal güc balansının dəyişməsi fonunda mərkəzləşdirilmiş dünya nizamı yerini regional güc mərkəzlərinin qarşılıqlı əməkdaşlığına əsaslanan yeni düzənə verir. Azərbaycan bu transformasiyanı vaxtında dərk edərək, öz siyasətini konfrontasiya deyil, əməkdaşlıq, açıq regional inteqrasiya üzərində qurur”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun fikrincə, Cənubi Qafqazda post-münaqişə mərhələsində yaradılmış yeni reallıq göstərir ki, dayanıqlı sülh yalnız kənar vasitəçiliklə deyil, region ölkələrinin maraqlarına uyğun iqtisadi və nəqliyyat əlaqələrinin qurulması ilə mümkündür. “Bakı məhz bu yanaşmanı irəli sürür və praktik addımlarla möhkəmləndirir. 

Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu çoxvektorlu siyasətin nəticəsidir ki, Avrasiyada bütün bağlantılar məhz Azərbaycan üzərindən reallaşır. Nəticədə son illərdə “Bütün yollar Azərbaycana aparır” yeni geosiyasi termini də formalaşıb.

Bu gün Azərbaycan artıq təkcə coğrafi körpü deyil, həm də siyasi, iqtisadi və vətəndaş platformasıdır. 

Avropa və Asiyanın strateji qovşağında yerləşən Bakı Limanının Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar, “Yaşıl Liman” konsepsiyası və Orta Dəhlizdə artan rol Azərbaycanın geosiyasi çəkisini keyfiyyətcə yeni mərhələyə daşıyır”, - o qeyd edib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Davosda Zəngəzur dəhlizi ilə bağlı bəyanatları açıq mesajdır ki, bu layihə heç kimə qarşı deyil, qonşulara qarşı yönəlməyib, əksinə region, hətta rəqib qütblər üçün belə əməkdaşlıq məkanına çevirməyi hədəfləyir.

“Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, geosiyasi transformasiya alətidir. O, Orta Dəhlizlə Şimal-Cənub marşrutunu birləşdirərək Avrasiya miqyasında sülh, qarşılıqlı asılılıq və iqtisadi rasionalizm yaradır. Ermənistanın bu şəbəkəyə inteqrasiyası isə regionda revanşizmə alternativ olaraq iqtisadi faydanın real üstünlüyünü nümayiş etdirir”, - o vurğulayıb.

Deputat bildirib ki, Prezidentin  Davosda qeyd etdiyi kimi, sanksiyalarla parçalanmış geosiyasi məkanda Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında yeganə təhlükəsiz, stabil və xoşməramlı tranzit ölkə kimi önə çıxır: “ Məhz bu səbəbdən Avropa İttifaqının “Qlobal Qapılar” layihəsində Bakının rolu alternativsizdir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью