“Buna görə də Rusiya bu təkliflərlə razılaşmadı...”

27.11.2026

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya hesab etib ki, ABŞ-nin bu təklifləri tam deyil, çünki ölkə dünyadan təcrid olunan vəziyyətdədir”. 

Adalet.az iqtisadçı ekspert Razi Abasbəyli deyib.

“Tam olmayan yarımçıq iqtisadi təkliflərlə razılaşsa, nəticədə münaqişə zonalarında və danışıqlar masasında ciddi güzəştlərə getməli olacaq. Buna görə də Rusiya bu təkliflərlə razılaşmadı və ABŞ-nin Rusiya ilə iqtisadi əməkdaşlığı sülhə nail olmaq üçün təsir vasitəsi kimi istifadə etmək imkanlarını itirib. Burada əsas məqam ondan ibarətdir ki, Vaşinqton iqtisadi təsirlərlə Rusiyanın siyasi qərarlarını dəyişməyə çalışıb. Lakin Moskva hazırkı mərhələdə əsas ərazi və təhlükəsizlik məsələsini ön plana çıxarıb”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью