Buna görə həmin verilişlərə getmirəm

29.11.2025

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Samirə ƏliMəryəm verilişlərə gec-gec çıxmasına aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Sənətin səsi" layihəsində deyib. O, bəzi müğənnilərlə eyni efirlərdə olmaq istəmədiyini dilə gətirib:

"İllər keçir və insan dəyişir. Bəzən yorulur, bəzən dünyaya daha fərqli baxır. 10-15 il əvvəl səhnə başqa idi. İndi isə səhnəni, muqisini başqa cür görürəm. Ona musiqi demək olarsa... Daha çox özfəaliyyət, keyfiyyətsizlik baş alıb gedir. Biz də zamanla uyğunlaşa bimədiyimiz üçün bir balaca kənara çəkilmişik. Hər gün tamaşaçıların gözünü yormaq da istəmirik. Ona görə də az-az efirə çıxıram. Efirdəki söhbətlər ruh halıma oxşamadığı üçün həmin verilişlərdə görsənə bilmirəm. Mənə çətin gəlir. Biz öz işimizdəyik. Bu yaşımızda seçim edirik ki, hansı verilişə gedəcəyəm, kimlə yanbayan əyləşəcəyəm".  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью