Buna görə insanlardan qaçırdım

20.10.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

“Heç kimə itki arzu etmirəm. Valideynlərim koronavirusdan dünyasını dəyişəndə çox narahat idim, insanlardan qaçırdım. Çünki “Allah rəhmət eləsin” sözünü eşitməyə hazır deyildim”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Səlim Abbasov “Qonaqcanlı” verilişində deyib. Sənətçi uzunömürlü insanları görəndə qısqanclıq hissi keçirdiyini etiraf edib:

“Pandemiya ərəfəsində Moskvaya gedəndə valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi. Sonra bu hadisələr baş verdi. Heç gözləmədiyim anda oldu. Biri var ki, valideynin səhhətində hansısa problem olur və ya yataq xəstəsi olur, buna yavaş-yavaş öyrəşirsən. Amma mən öyrəşməmişəm. Ağlıma gəlməzdi ki, anam 59, atam isə 69 yaşında dünyasını dəyişər. Hərdən 90, 104 yaşında insanlar görürəm, sevinirəm, həm də qısqanıram. Deyirəm, kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью