Buna görə yaxşı ödəniş istəyirəm

23.11.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Aktrisa Zümrüd Qasımova seriallara çəkilmək üçün yüksək qonorar tələb etdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MTV Maqazin"ə müsahibəsində danışıb. O, seriallara dəvət alsa da, təkliflərlə razılaşmadığını bildirib:

“Seriallara çəkilmirəm. Bu, öz seçimimdir. Qonorar normal olmalıdır ki, çəkiləsən. Elə olur ki, iki günə 20 bölüm üçün epizod çəkirlər. Maddi tərəfi yaxşı olanda həvəslənirsən. Dəvət ediblər, amma imtina etdim. Yaxşı ödəniş istəyirəm.

Hər kəs öz peşəsi ilə məşğul olsa, yaxşıdır. Sosial şəbəkələr yaranandan hamı məşhur olub. Bilinmir, aktyor-aktrisa bizik, yoxsa onlar. Kimin izləyicisi çoxdursa, onu da filmə, seriala çəkirlər. Amma önəmli olan yaxşı rejissor və ssenaridir, sosial şəbəkədə izləyici sayı yox”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью