Buna gücüm çatmaz Qvardiola son nöqtəni qoydu

10.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola başqa klubu çalışdırmaq istəmədiyini bəyan edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Dani Qarsiya şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Başqa komandaya rəhbərlik etməyə hazırlaşmıram. Uzaq gələcəkdən danışmıram, hazırda "Mançester Siti"dən getmək fikrim yoxdur. Yəni başqa ölkəyə yollanaraq indi etdiklərimi orada etmək niyyətində deyiləm. 

Buna gücüm çatmaz... Hər şeyi yenidən başlamaq, bütün məşq prosesləri və sair... Yox, yox, yox! Ola bilsin ki, millidə işləyim, amma bu, başqadır".

Xatırladaq ki, Qvardiola 2016-cı ildən "şəhərlilər"in "sükanı arxası"ndadır.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью