Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Vatsapın təhlükəsizliyinə inananlar o qədər də ağıllı deyillər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri teleqram mesajlaşma proqramının yaradıcısı Pavel Durov “X” sosial şəbəkəsində yazıb.
“2026-cı ildə vatsapın təhlükəsiz olduğuna inanmaq üçün ağılsız olmaq lazımdır”, - deyə Durov bildirib.
O, komandası ilə birlikdə messencerin şifrələmə tətbiqini təhlil etdiklərini və nəticədə çoxsaylı hücum vektorları aşkar etdiklərini qeyd edib.