“Buna maliyyəmiz çatışmır” Zelenski

25.06.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər, lakin bunun üçün maliyyə vəsaiti çatmır”.

“Qafqazinfo” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən Müdafiə Sənayesi Forumunda deyib.

“Bizim müdafiə istehsalı potensialımız 35 milyard dolları keçir. Bu artilleriyadan tutmuş qabaqcıl PUA-lar, müasir döyüş üsullarına və raket texnologiyalarına qədər təxminən 1000 müxtəlif hərbi vasitəni əhatə edir”, - deyə dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, bütün bu potensialın təxminən 40%-i lazımi maliyyə ilə təmin olunmur: “Bu isə ciddi problemdir. Məsələn, biz ildə təxminən 8 milyon müxtəlif növ dron istehsal edə bilərik, lakin bizim maliyyəmizlə çox az istehsal edə bilirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью