“Buna ümid edirəm” Ərdoğan sülhdən DANIŞDI KONKRET

29.05.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında sülh danışıqlarının davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, iyunun 2-də İstanbulda tərəflər arasında birbaşa dialoq keçiriləcək.

Prezident qeyd edib ki, Ankara Ukraynada sülhün bərqərar olunması üçün bütün diplomatik imkanlardan istifadə edir və münaqişənin hər iki tərəfi ilə fəal əlaqə saxlayır.

Türkiyə lideri bildirib ki, Ankara həm Moskva, həm də Kiyevlə müntəzəm təmasdadır. Onun fikrincə, bu dialoqlar bölgədə gərginliyin azaldılmasına və sülhə doğru irəliləyişə xidmət edə bilər.

Ərdoğan əlavə edib ki, Rusiya tərəfindən təklif olunan danışıqlar İstanbulda baş tutacaq və bu təşəbbüsə ümidlə yanaşır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью