Bundan dərs çıxarmağa çalışacağıq Baxşıyev

07.08.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İlk dəqiqələrdən oyundan qopduq.

Axar.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” komandasına 0:4 hesabı ilə məğlub olduqları ilk görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

"Komanda olaraq zəif oynadıq. Ardıcıl toplar buraxmaq futbolçulara mənfi təsir göstərdi, fiziki olaraq zəif deyildik. Sadəcə, alınmadı. Bu cür uduzmaq da komandanın böyüməsinə kömək edəcək. Səhvlərdən dərs çıxarmağa çalışacağıq. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Onları sevindirə bilmədik", - E.Baxşıyev vurğulayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Kiprdə təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью