Bundan əsas qazanan tərəf istehlakçılar olur” Rəy

30.09.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

“Nağdsız ödənişlər zamanı vəsaitlər bank sistemi üzərindən hərəkət edir. Banklar ödəniş xidmətlərindən komissiya gəlirləri əldə edir, müştərilərə müxtəlif rəqəmsal xidmətlər təqdim edir və cəlb olunan vəsaitlərdən istifadə imkanları qazanırlar. Son illər mobil bankçılığın, rəqəmsal cüzdanların və digər elektron maliyyə xidmətlərinin sürətlə yayılması bank sektorunun böyüməsində mühüm rol oynayıb”.

İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a bildirib. Ekspertin dediyinə görə, nağdsız ödənişlərin genişlənməsi uzunmüddətli perspektivdə həm iqtisadiyyatın şəffaflığına, həm biznes mühitinin inkişafına, həm də maliyyə sektorunun modernləşməsinə kömək edir: “Ödənişlərin inkişafı banklarla yanaşı, fintek şirkətlərinin də bazara daxil olmasına şərait yaradır:

“Artıq təkcə banklar deyil, müxtəlif fintek şirkətləri də elektron cüzdanlar və ödəniş xidmətləri təqdim edirlər. Bu, banklar arasında və banklarla finteklər arasında rəqabəti artırır. Rəqabətin güclənməsi isə xidmətlərin daha əlçatan və keyfiyyətli olmasına kömək edir ki, bundan əsas qazanan tərəf istehlakçılar olur”.

Sevinc Qarayeva    
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью