Bundan sonra qərarı Zelenski verəcək: Ali Rada yeni qanunu təsdiqlədi

25.02.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Globalinfo.az xəbər verir ki, qanun Ali Rada tərəfindən təsdiqlənib.

Sənədin lehinə 267 deputat səs verib.

Qanuna əsasən, hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələri “milli təhlükəsizliyin və müdafiənin təmin edilməsi, Ukraynaya qarşı silahlı təcavüzün dəf edilməsi və qarşısının alınması, onun suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə” digər dövlətlərə göndərilə və bu dövlətlərin ərazisində qala bilər. Hərbi vəziyyət dövründə hərbi bölmələrin digər dövlətlərə yönləndirilməsi barədə qərarı ölkə prezidenti verəcək.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью