Bundan sonra Şimali Amerikada işləyəcək

19.07.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ernan Kresponun yeni iş yeri məlum olub. O, bundan sonra Şimali Amerikada işləyəcək

"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, 51 yaşlı mütəxəssis Meksikanın “Atlas” klubunun baş məşqçisi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb. Kresponun sonuncu iş yeri Braziliyanın “San Paulu” klubu olub. O, bu ilin martında baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.
Krespo məşqçilik karyerası ərzində BƏƏ-nin “Əl-Əyn”, Qətərin “Əl-Duhail”, Argentinanın “Banfild” və İtaliyanın “Modena” klublarını da çalışdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью