Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 11 yanvar, AZƏRTAC Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 16-cı turuna “Borussiya Dortmund” – “Bayer Leverkuzen” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, məhsuldar qarşılaşmada 3:2 hesabı ilə qalib gələn qonaqlar çempionatda ardıcıl altıncı qələbələrini qazanaraq xallarının sayını 35-ə çatdırıblar.
“Borussiya Dortmund”un aktivində isə 25 xal var.Bundesliqanın 16-cı turu çərçivəsində keçiriləcək digər qarşılaşmalar aşağıdakılardır:11 yanvar “Hoffenhaym” - “Volfsburq”;“Haydenhaym” - “Union Berlin”;“Frayburq” - “Holştayn Kiel”;“Maynz 05” - “Boxum 1848”“St Pauli” - “Ayntraxt Frankurt”; “Borussiya Münxenqladbax” - “Bavariya”; 12 yanvar“Leyptsiq” - “Verder Bremen”; “Auqsburq” - “Ştutqart”.Bundesliqada 15 turdan sonra 36 xalla “Bavariya” liderlik edir.
Münxenliləri “Bayer Leverkuzen” izləyir. Aktivlərində 27 xal olan “Ayntraxt Frankurt” və “Leyptsiq” üçüncü və dördüncü pillələrdə qərarlaşıb
Elvin MövsümAZƏRTAC-ın xüsusi müxbiriBerlin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.