Bundesliqa: “Auqsburq”dan inamlı qələbə

22.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Almaniya Bundesliqasında “Auqsburq” doğma meydanda növbəti qələbəsini qazanıb. Komanda onuncu tur çərçivəsində “Maynts”ı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri ilk hissədə iki dəfə fərqlənərək fasiləyə üstün yollanıblar.

Hesabı 19-cu dəqiqədə Mixael Qreqoriç açıb. 36-cı dəqiqədə Abdulay Cuma Ba fərqi artırıb.

İkinci hissəyə də fəal başlayan “Auqsburq” 48-ci dəqiqədə üçüncü qolu vurub. Qreqoriç ikinci dəfə rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib.

“Maynts” 51-ci dəqiqədə Ransford-Yeboa Könnqsdörfferin qolu ilə hesab arasındakı fərqi azaltsa da, görüşün nəticəsini dəyişə bilməyib.

Qalib komanda xallarını 12yə çatdıraraq 10-cu pilləyə yüksəlib. "Maynts" isə 10 xalla 13-cüdür.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью