Bundesliqa: Bavariya Borussiya oyununda qalib olmadı

12.04.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya Bundesliqasının 29-cu turunun mərkəzi qarşılaşması - "Bavariya" və "Borussiya Dortmund" komandalarının oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, Münhen stadionunda keçirilən görüş heç-heçə başa çatıb - 2:2.

Matçda hesabı 48-ci dəqiqədə "Borussiya"nın hücumçusu Maksimilian Bayer açıb. "Bavariya"nın portuqaliyalı yarımmüdafiəçisi Rafael Qerreyro 65-ci dəqiqədə hesabı 1-1 edib. 69-cu dəqiqədə cinah hücumçusu Serj Qnabri meydan sahiblərini hesabda irəli çıxarıb. 75-ci dəqiqədə Dortmund təmsilçisinin müdafiəçisi Valdemar Anton tarazılığı bərpa edib - 2:2.

Hazırda "Bavariya" Almaniya Bundesliqasında liderdir. Vinsent Kompaninin komandası 29 matçdan 69 xal toplayıb. "Borussiya" isə 42 xala malikdir və səkkizinci yerdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью