Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

19.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 aprel, AZƏRTAC

“Bavariya” Bundesliqanın 30-cu turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, münxenlilər görüşdə ev sahiblərinin qapısından dörd cavabsız top keçiriblər. “Bavariya” fasiləyə qədər üç dəfə fərqlənib. Komandanın heyətində Harri Keyn (12), Konrad Laymer (19) və Kinqsli Koman (36) adlarını tabloya yazdırıblar. Görüşün ikinci hissəsində isə Coşua Kimmix (56) oyunda son nöqtəni qoyub – 4:0.

Bu qələbədən sonra Münxen təmsilçisi xallarının sayını 72-yə çatdırıb. “Haydenhaym”ın aktivində isə 22 xal var.

Turun bu gün oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Leyptsiq” – “Holstayn Kiel” – 1:1

“Verder Bremen” – “Boxum” – 1:0

“Frayburq” – “”Hoffenhaym” – 3:2

“Maynts” – “Volfsburq” – 2:2

“Union Berlin” – “Ştutqart” – 4:4.

Tura aprelin 20-də keçiriləcək “Auqsburq” – “Ayntraxt Frankfurt”, “Borussiya Dortmund” – “Borussiya Münxenqladbax” və “St Pauli” – “Bayer Leverkuzen” görüşləri ilə yekun vurulacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью