Bundesliqa: “Bavariya” məğlubiyyətdən son dəqiqələrdə qurtarıb VİDEO

08.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bundesliqada 10-cu turun “Union Berlin” və “Bavariya” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir i, komandalar Berlindəki “Stadion An der Alten Försterei” stadionunda oynadılar. Oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.

Doqquzuncu dəqiqədə VAR “Union”un hücumçusu İlyas Ansanın qolunu hesaba almadı. 27-ci dəqiqədə müdafiəçi Danilo Duki meydan sahiblərini irəli çıxarıb. 38-ci dəqiqədə “Bavariya”nın cinah oyunçusu Luis Dias hesabı bərabərləşdirib. Duki 83-cü dəqiqədə ikinci qolunu vurub. 90+3-cü dəqiqədə Harri Keyn bərabərlik qoluna imza atıb.

Beləliklə, “Bavariya” bu mövsümdə ilk dəfə xal itirib və 28 xalla birinci yerdə qalır. “Union Berlin”in 12 xalı var və 10-cu yerdədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью