Bundesliqa: Bavariya səfərdə Union Berlin ə qalib gələ bilmədi

15.03.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bundesliqanın 26-cı turunda "Bavariya" səfərdə "Union Berlin"lə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində qonaqlar hesabı əvəzedici kimi meydana çıxan Leroy Sanenin qolu ilə açıb. Doqquz dəqiqə sonra "Union Berlin" Benedikt Hollerbaxın dəqiq zərbəsi ilə status-kvonu bərpa edib.

Beləliklə, "Bavariya"nın 62 xalı var. Turnir cədvəlinə inamla başçılıq edir. "Union Berlin" isə 13-cü yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью