Bundesliqa: Bavariya səfərdən 3 xalla qayıdır

05.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider "Bavariya" səfərdə "Auqsburq"un qonağı olub.

Münhen klubu hesabda geri düşsə də, geridönüş etməyi bacarıb - 1:3. Bu, meydan sahiblərinin oyunun son 30 dəqiqəsini azlıqda keçirməsi sayəsində mümkün olub.

Beləliklə də, hazırda "Bavariya" 68 xalla yarış cədvəlinə başçılıq edir. 8-ci pillədə qərarlaşan "Auqsburq"un aktivində isə 39 xal var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью