Bundesliqa: “Bayer” evdə rəqibini 4 cavabsız qolla məğlub etdi

05.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Almaniya Bundesliqasında II turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, çempionatda növbəti matçlar baş tutub.

Günün diqqətçəkən görüşlərindən birində “Bayer” (Leverkuzen) doğma meydanda “Yunion”u (Berlin) qəbul edib və 4:0 hesablı darmadağınla 3 xalı aktivinə yazdırıb. “Verder” (Bremen) öz evində “Leypsiq”i 3:1 hesabı ilə üstələyib.

Qeydə alınan nəticələr:

Almaniya Bundesliqası

II tur

Bayer (Leverkuzen) – Yunion (Berlin) 4:0

Qollar: Esekiel Fernandes, 1, Fakundo Medina, 28, Patrik Şik, 48, İbrahim Maza, 66

Borussiya (Münhenqladbax) – Elversberq 3:4

Qollar: Huqo Bolin, 11, 44, Co Skalli, 56; David Mokva, 29, Moris Krattenmaxer, 66, 90+2, Feliks Kaydel, 80

Paderborn – Frayburq 0:1

Qol: Maksimilian Egestayn, 26

Verder (Bremen) – Leypsiq 3:1

Qollar: Eren Dinkçi, 4, Niklas Füllkruq, 68, Marko Qrüll, 80; Ridle Baku, 90+5

Hoffenhaym – Borussiya (Dortmund) 2:3

Qollar: Leon Avdullahu, 45, Tim Lemperle, 54; Seru Girassi, 61, Fabio Silva, 66, Albian Haydari, 86 (avtoqol)

Şalke – Bavariya 0:0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью