Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya Bundesliqasında IV turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, çempionatda gərgin keçən qarşılaşmalar baş tutub.
Günün ən bol qollu matçında “Borussiya” (Münhenqladbax) öz evində “Maynts”a 3:4 hesabı ilə məğlub olub. “Ayntraxt” (Frankfurt) – “Frayburq” qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Hamburq” öz meydanında “Köln”ə 2:1, “Verder” (Bremen) isə “Auqsburq”a 3:2 hesabı ilə qalib gəlib.
Qeydə alınan nəticələr:
Almaniya Bundesliqası
IV tur
Borussiya (Münhenqladbax) – Maynts 3:4
Qollar: Florian Noyhaus, 11, İsak Lidberq, 59, Şuto Maçino, 90+5 (pen.) – Fillip Tits, 18, SŞraldo Bekker, 45+1, Erik Martel, 78, Danni da Kosta, 89
Ayntraxt (Frankfurt) – Frayburq 2:2
Qollar: Yunes Ebnutalib, 10, Yonatan Burkart, 36 – Derri Şerhant, 34, Yuito Suzuki, 48
Hamburq – Köln 2:1
Qollar: Nikolas Kapaldo, 44, Yussuf Poulsen, 49 – Raqnar Aşe, 90
Verder (Bremen) – Auqsburq 3:2
Qollar: Marko Qrüll, 66, Niklas Füllkruq, 86, Mitçell Vayser, 90+3 – Robin Fellhauer, 18, Kalvin Brakelmann, 58
Ştutqart – Borussiya (Dortmund) 0:1
Qol: Maksimilian Beier, 70