Bundesliqa çempionu mövsümün sonunda klubundan ayrılacaq

03.03.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bayer 04"ün futbolçusu Conatan Ta mövsümün sonunda Almaniya klubundan ayrılacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Leverkuzen təmsilçisi ilə yeni müqavilənin şərtlərini razılaşdıra bilməyib.

Almaniyalı oyunçunun yayda başqa komandaya keçmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, Conatan Ta cari mövsüm "Bayer 04"ün heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023/2024 mövsümündə klubla Almaniya Bundesliqasının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью