futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Bundesliqasında II turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, çempionatda növbəti matçlar baş tutub.
Günün diqqətçəkən görüşlərindən birində “Borussiya” (Dortmund) doğma meydanda “Hamburq”u 2:0 hesabı ilə məğlub edib. “Leyptsiq” isə öz evində Münhenqladbax “Borussiya”sının qapısından 3 cavabsız top keçirib.
Günün ən böyük sürprizi “Elversberq” – “Bayer” (Leverkuzen) matçında qeydə alınıb. Debütantlar gərgin keçən qarşılaşmada 3:2 hesablı sürpriz qələbə qazanıblar. Saarland təmsilçisi matçın ilk 9 dəqiqəsi ərzində rəqib komandanın torunu iki dəfə silkələyib. Bu nəticə ilə “Elversberq” çempionatdakı debüt mövsümündə yeni rekorda imza atıb. Turnirin tarixində indiyədək heç bir komanda debüt ilində ilk iki qolunu bu qədər tez vurmağı bacarmamışdı.
Qeydə alınan nəticələr:
Almaniya Bundesliqası
II tur
Köln – Hoffenhaym 3:2
Qollar: Səid Əl Mala, 51, Teys Dallinqa, 72, 82; Adam Dagim, 27, Ozan Kabak, 67
Yunion (Berlin) – Ayntraxt (Frankfurt) 3:3
Qollar: Emmanuel Latte Lat, 3, Leopold Kverfeld, 79, Tim Skarke, 90+2; Yunes Ebnutalib, 10, 11, 67
Mayns – Paderborn 0:0
Leyptsiq – Borussiya (Münhenqladbax) 3:0
Qollar: Ridle Baku, 25, Antonio Nusa, 49, Rokko Rayts, 66
Elversberq – Bayer (Leverkuzen) 3:2
Qollar: Lukas Petkov, 8, Kol Kempbell, 9, David Mokva, 46; Patrik Şik, 77, Kristian Kofane, 90+1
Borussiya (Dortmund) – Hamburq 2:0
Qollar: Seru Girassi, 9, Sebastiyan Bornau, 45+1 (avtoqol)