Bundesliqa: “Elversberq” “Maynts”ı darmadağın etdi

31.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Elversberq” Bundesliqanın səkkizinci turunda doğma meydanda “Maynts”ı böyük hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Elversberq” 7-ci dəqiqədə Feliks Kaydelin qolu ilə hesabı açıb. 26-cı dəqiqədə Frensis Onyeka fərqi artırıb, Moris Krattenmaxer isə ilk hissəyə əlavə olunmuş vaxtda üçüncü qolu vurub.

İkinci hissədə qollar yalnız əlavə olunmuş dəqiqələrdə qeydə alınıb. Əvvəlcə Koul Kempbell meydan sahiblərinin dördüncü qoluna imza atıb, ardınca Benedikt Hollerbax “Maynts”ın yeganə qolunu vurub.

Qonaqların futbolçusu Stefan Poş 90+5-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, “Elversberq” qarşılaşmanın taleyini ilk hissədə həll edərək 4:1 hesablı qələbə qazanıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью