Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21.12.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bavariya"nın müdafiəçisi İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Bizim.Media xəbər verir ki, Münhen "Bavariya"sının müdafiəçisi Saşa Boenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi gündəmə gəlib.
Bu barədə "Teamtalk" məlumat yayıb. Bildirilir ki, "Nyukasl" və "Kristal Pelas" klubları futbolçunun transferində maraqlıdırlar. Keçidin yanvar transfer pəncərəsində rəsmiləşə biləcəyi qeyd olunur.
Xatırladaq ki, 25 yaşlı fransalı cinah müdafiəçisi 2024-cü ilin yanvarında "Bavariya"ya qoşulub. Onun Münhen nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью