Bundesliqa klubu “Fənərbağça”nın oyunçusunu izləyir

12.03.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fənərbağça”nın futbolçusu Oğuz Aydın karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Leypsiq” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bundesliqa klubunun skautları mövsümün sonuna kimi Oğuzu izləyəcək və yekun qərarı yayda verəcək.

Aydın bu mövsüm 18 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью