Bundesliqa klubu Lester in hücumçusu ilə ortaq məxrəcə gəldi

22.07.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hamburq" Patson Daka ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Hücumçunun müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

27 yaşlı zambiyalı futbolçu 2021-ci ildən formasını geyindiyi "Lester"dən ayrılıb və  Almaniya təmsilçisinə azad agent kimi qoşulub.

Qeyd edək ki, Daka 2025/26 mövsümündə "Lester"in heyətində meydana çıxdığı 44 matçda altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью