Bundesliqa klubundan “Çelsi”yə?

22.04.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ayntraxt”ın futbolçusu Hüqo Ekitike “Çelsi”nin “radarına” düşüb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə,  London klubu mövsümün sonunda Hüqo Ekitike üçün Bundesliqa təmsilçisinə rəsmi təklif göndərəcək.

22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Futbolçunun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, fransalı futbolçu bu mövsüm çıxdığı 44 matçda 21 qol, 9 asistlə yadda qalıb.

Fərid Nəsibov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью