Bundesliqa: Lider Bavariya məğlub oldu

14.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya Bundesliqasında 14-cü turun qarşılaşmaları keçirilir.

Oxu.Az xəbər verir ki, bu tur lider "Bavariya" üçün uğursuz olub.

Münhen təmsilçisi səfərdə "Maynts" klubuna uduzub. Kompaninin yetirmələri rəqibin 2 qoluna yalnız 1 dəqiq zərbə ilə cavab verməyi bacarıblar - 2:1.

Bu nəticədən sonra "Bavariya" liderliyini davam etdirir. Klubun 14 oyundan 33 xalı var. O, ən yaxın təmsilçisi Leverkuzen "Bayer"ini 4 xal qabaqlayır. "Maynts" isə 22 xalla 6-cı pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью