Bundesliqa: “Maynz”dan “Ayntraxt”a 90 cı dəqiqə zərbəsi

22.03.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində keçirilən “Maynz” - “Ayntraxt” qarşılaşması ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, “Maynz” oyuna sürətli başlayıb və artıq altıncı dəqiqədə Paul Nebelin qolu ilə önə keçib. Lakin qonaqlar 20-ci dəqiqədə Nataniel Braunun sayəsində tarazlığı bərpa edə biliblər. Matçın taleyi isə son dəqiqədə həll olunub. Paul Nebel 90-cı dəqiqədə dublunu rəsmiləşdirərək “Maynz”a qələbə qazandırıb.

Bu nəticədən sonra “Maynz” xallarını 30-a çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib. “Ayntraxt” isə 38 xalla yeddinci sırada qalıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью