futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya Bundesliqasında VIII turun növbəti matçları başa çatıb.
Futbolpress.az xəbər verir ki, turun son oyun günündə “Ayntraxt” (Frankfurt)doğma azarkeşləri önündə “Hamburq”u qəbul edib. Qarşılaşmanın 14-cü dəqiqəsində Terem Moffinin qolu ilə hesabda geriyə düşən meydan sahibləri möhtəşəm geridönüşə imza atıblar. Vardmed Omarinin avtoqolu, Rafael Onyedika və Yunes Ebnutalibin dəqiq zərbələri Frankfurt təmsilçisinə 3:1 hesablı əzmkar qələbə qazandırıb.
Günün digər görüşündə isə “Yunion” (Berlin) öz evində “Köln”lə bərabərə qalıb – 1:1. Paytaxt təmsilçisi Yanik Habererin 10-cu dəqiqədə vurduğu qolla hesabda önə keçsə də, qonaqlar 79-cu dəqiqədə Malek El Malanın zərbəsi ilə tarazlığı bərpa edərək xalları bölüblər.
Qeydə alınan nəticələr:
Almaniya Bundesliqası
VIII tur
Yunion (Berlin) – Köln 1:1
Qollar: Yanik Haberer, 10 – Malek El Mala, 79
Ayntraxt (Frankfurt) – Hamburq 3:1
Qollar: Vardmed Omari, 10 (avtoqol), Rafael Onyedika, 47, Yunes Ebnutalib, 69 – Terem Moffi, 14