Bundesliqa: “RB Leypsiq” səfərdə “Auqsburq”u darmadağın edib

25.10.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya Bundesliqasının 8-ci turunda “Auqsburq” “RB Leypsiq”lə qarşılaşıb.

İdman.Biz bildirir ki, oyun “RB Leypsiq”un 6-0 hesablı qələbəsi ilə qurtarıb.

Yan Diomande 10-cu dəqiqədə hesabı açıb. Romulo 18-ci dəqiqədə komandasının üstünlüyünü artırıb, Antonio Nousa 22-ci dəqiqədə, Kristof Baumqartner isə 38-ci dəqiqədə hesabı 4:0-a çatdırıblar. İkinci hissədə Assan Uedraoqo 56-cı dəqiqədə, Kastello Lukeba isə 65-ci dəqiqədə fərqləniblər.

Bu oyundan sonra “Auqsburq” yeddi xalla 15-ci, “RB Leypsiq” isə 19 xalla ikinci yerdədir.

Növbəti turda “Auqsburq” 31 oktyabrda “Borussiya Dortmund”la, “RB Leypsiq” isə 1 noyabrda “Ştutqart”la qarşılaşacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью