Bundesliqa: Son çempionla cari mövsümün lideri ilə dueldə qalib olmadı

15.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Bundesliqasının 22-ci turu liderlərin qarşılaşması ilə əlamətdar olub.

Oxu.Az xəbər verir ki, son çempion və cari mövsümün 2-cisi "Bayer" Leverkuzen hazırkı lider "Bavariya"nı qəbul edib.

Görüşdə hesab açılmadığından qalibi müəyyən etmək mümkün olmayıb və tərəflər 1 xalla kifayətləniblər - 0:0.

Beləliklə də, bu nəticədən sonra Münhen klubu 55 xalla yarışın vahid lideridir. Onun ən yaxın izləyicisi olan Leverkuzen təmsilçisi isə 8 xal geri qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью