Bundesliqa: Ştutqartda 5 qol

24.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya Bundesliqasında VII tura start verilib.

Futbolpress.az xəbər verir ki, turun açılış qarşılaşmasında “Ştutqart” öz meydanında Münhenqladbax “Borussiya”sını qəbul edib. Gərgin və bolqollu keçən görüşdə qonaqlar 3:2 hesablı dramatik səfər qələbəsi əldə ediblər.

Meydan sahibləri Ermedin Demiroviçin 5-ci dəqiqədə vurduğu erkən qolla hesabı açıb. Lakin “Borussiya” Co Skalli, Cuto Maçino və Vael Mohyanın dəqiq zərbələri ilə önə keçməyi bacarıb. Demiroviç 83-cü dəqiqədə dubl müəllifi olaraq fərqi azaltsa da, “Ştutqart” məğlubiyyətdən qaça bilməyib.

Qeydə alınan nəticə:

Almaniya Bundesliqası

VII tur

Ştutqart – Borussiya (Münhenqladbax) 2:3

Qollar: Ermedin Demiroviç, 5, 83 – Co Skalli, 38, Cuto Maçino, 51, Vael Mohya, 66

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью