Bundesliqa üçün fantastik qazanc Milyardlarla avroluq müqavilə

05.12.2024

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Futbol Liqası (DFL) 2025-ci ildən 2029-cu ilə qədər media hüquqlarının satışı ilə bağlı "Sky" və DAZN ilə danışıqları uğurla başa çatdırıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Іnvesting" yayıb. 

Yeni müqavilə Bundesliqa və Bundesliqa-2 klublarına mövsümdə 1,121 milyard avro sabit gəlir təmin edəcək. Bu o deməkdir ki, dörd il ərzində liqanın ümumi gəliri əvvəlki dövrlə müqayisədə 2 faiz artaraq 4,484 milyard avro olacaq.

Bu, Bundesliqanı Avropanın ən yaxşı liqaları arasında televiziya müqavilələri baxımından ikinci ən gəlirli liqa edib. Almaniya çempionatı yalnız İngiltərə Premyer Liqasından geri qalır. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью