Bundesliqada çempion müəyyənləşdi

05.05.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bavariya” Almaniya Bundesliqasının 2024/2025 mövsümünün qalibi olub.

QOL.az xəbər verir ki, Münhen klubunun ən yaxın izləyicisi - 2-ci yerdə qərarlaşan “Bayer" 32-ci turda səfərdə “Frayburq”la 2:2 hesabı ilə heç-heçə edib. Bununla da "Bavariya"  Leverkuzen təmsilçisi üçün əlçatmaz olub.

Münhenlilərin 76, “Bayer"in isə 68 xalı var.

Beləliklə, “Bavariya” tarixində 34-cü dəfə Almaniya çempionu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью